İtaliya millisinin üzvü “Bolonya”da - rəsmi
03.02.2025 - 18:42
“Milan”ın futbolçusu Davide Kalabriya “Bolonya”ya keçib.
Apasport.az xəbər verir ki, 28 yaşlı müdafiəçi mövsümün sonunadək icarəyə verilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu yeni komandasında "14" nömrəli formada çıxış edəcək.
Xatırladaq ki, peşəkar karyerası ərzində yalnız “Milan” forması geyinən Kalabriya ilk dəfə başqa klubda forma geyinəcək. O, 2015-ci ildən indiyədək 272 matçda 10 qol və 21 assistə imza atıb.
Qeyd edək ki, müdafiəçi cari mövsümdə İtaliya təmsilçisinin heyətində 14 oyun keçirib.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
0
0