İtaliyalı məşqçi "Sevilya"nı çalışdıra bilər
02.05.2024 - 14:18
İtaliyalı məşqçi "Sevilya"nı çalışdıra bilər

"Latsio"dan ayrıldıqdan sonra işsiz qalan Mauritsio Sarri İspaniya klubundan təklif alıb. 

Apasport.az "Tuttosport"a istinadən xəbər verir ki, italiyalı məşqçiyə "Sevilya"dan dəvət gəlib.

Təcrübəli mütəxəssis hələ ki, İspaniya təmsilçisinə konkret cavab verməyib. 65 yaşlı mütəxəssisin "Sevilya"nın təklifini qəbul edəcəyi iddia olunur. La Liqada 33 turdan sonra bu komanda 38 xalla 13-cü pillədə qərarlaşıb.

İspaniya çempionatının 33 turundan sonra “Sevilya” 38 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Sarri karyerası ərzində "Empoli", "Napoli", "Çelsi", "Yuventus" kimi komandaları çalışdırıb.

0