İtaliyalı müdafiəçi "Atletiko"da - RƏSMİ
02.07.2025 - 10:41
İspaniya La Liqası təmsilçilərindən "Atletiko Madrid" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, komanda "Atalanta"nın müdafiəçisi Matteo Ruccerini transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Madrid təmsilçisi 22 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalayıb. Tərəflər arasında razılaşmaya əsasən, "Atletiko" italiyalı üçün qarşı tərəfə 17 milyon avro təzminat ödəyib.
Qeyd edək ki, Rucceri ötən mövsüm "Atalanta"nın heyətində 38 rəsmi matça çıxıb və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
0
0