İtaliyalı qolkiper ÇL-də həftənin oyunçusu seçilib
13.03.2025 - 18:58
İtaliyalı qolkiper ÇL-də həftənin oyunçusu seçilib

Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumma Çempionlar Liqasında həftənin oyunçusu seçilib.

Apasport.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

İtaliyalı qolkiper 1/8 final mərhələsinin "Liverpul"a (İngiltərə) qarşı cavab matçının penaltilər seriyasında iki zərbəni dəf edərək, parislilərin 1/4 finala yüksəlməsində pay sahibi olub.

Qeyd edək ki, mükafata həmçinin Harri Keyn (“Bavariya”, Almaniya), Marko Asensio (“Aston Villa”, İngiltərə) və Emre Can (“Borussiya”, Almaniya) namizəd idi.