"Çelsi" Avstraliyadakı təlim-məşq toplanışı çərçivəsində keçirdiyi yoxlama görüşündə "Vestern Sidney Uonderers"i məğlub edib.
Apasport.az xəbər verir ki, London təmsilçisi rəqibini 6:4 hesabı ilə üstələyib.
"Çelsi"nin heyətində Arda Satpayev (6), Darriu Essuqu (38), Ceymi Baynou-Gittens (66) və Joao Pedro (80, 85, 89) fərqləniblər. Ev sahiblərinin qollarını isə Pantazopulos (14), Hammond (32), Skiçluna (62) və Lual (78) vurublar.
Qeyd edək ki, "Çelsi" növbəti yoxlama oyununu avqustun 1-də "Tottenhem"ə qarşı keçirəcək. Qarşılaşma Avstraliyanın Sidney şəhərindəki "Accor Stadium"da baş tutacaq.
- Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verdi
- “Qalatasaray” Braziliya millisinin üzvünü transfer etmək istəyir
- “Barselona” Ferminin qiymətini müəyyənləşdirdi
- “Qalatasaray”ın futbolçusu 10 Avropa nəhənginin hədəfində
- Aykut Kocamandan “Fənərbaxça”ya qayıtmaq üçün şərt – Oğuz Çetin getməlidir