Joze Mourinyo: “O epizodu "Hollywood"dakılar da izləməlidir"
07.04.2025 - 00:12
Joze Mourinyo: “O epizodu "Hollywood"dakılar da izləməlidir"

Türkiyə Super Liqasının XXX turu çərçivəsində "Fənərbaxça" öz meydanında "Trabzonspor"u 4:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər"in baş məşqçisi Joze Mourinyo oyundan sonra keçirilən mətbuat konfransında bir sıra açıqlamalar verib:

"Bu qalibiyyət münasibətilə bütün futbolçularımı təbrik edirəm. Çox yaxşı matç keçirdilər. İlk hissədə verilməyən bir penalti epizodumuz var idi. Əslində ilk 45 dəqiqəni biz öndə başa vurmalıydıq".

Təcrübəli mütəxəssis həmçinin "Qalatasaray"a 1:2 hesabı ilə məğlub olduqları kubok matçında yaşanan hadisələrə də fikir bildirib:

"Bəzi hadisələri sözlərlə ifadə etməkdənsə, görmək daha yaxşıdır. Həmin epizod haqqında da deyilməli heç bir söz yoxdur. Rəqib baş məşqçi özünü çox yaxşı tərəfdən göstərdi (gülərək). Məncə o epizodu "Hollywood"dakılar da izləməlidir".