"Rəqibin hər sürətli hücumu bizlər üçün təhlükəli oldu. Çox top itirdik".
Apasport.az xəbər verir ki, bu sözləri "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo deyib.
Mütəxəssis Türkiyə Super Liqasının XXXII turunun "Kayserispor"la matçı (3:3) barədə fikirlərini bölüşüb:
"Rəqibin qollarının hamısı top itkilərimizdən sonra yaşandı. Rəqibi təbrik edirəm. Amma bunlar bizim səhvlərimiz idi. Hesabda geri düşdükdən sonra hər şeyi riskə atdıq. Müdafiədə yalnız Milan Şkrinyarı saxladıq. Hesab 3:2 olarkən Ən-Nəsiri matçı bitirə bilərdi. Lakin bunu bacarmadıq. Qəribə bir görüş idi".
Portuqaliyalı çalışdırıcı jurnalistin komandanın əksikləri ilə bağlı sualını da cavablayıb: "Mənə yenə eyni sualı verirsiz. 2 dəfə "Kayserispor"un itkilərindən danışdız. Ardınca bu sualı verdiz. Niyə? Onlar 10-12 yaşında futbolçulardır? Hər biri peşəkardır. Oynayanlar da heyətin bir parçasıdır. Məqsədiniz nədir? Rəqibin itkiləri vardı, amma onların yerinə oynayan futbolçuların da mübarizə əzmləri yerində idi. Matç barədə danışmaq istəyirsizsə, danışaq".
- Genduzinin cəzası azaldıldı – “Aston Villa”ya qarşı oynayacaq
- Braziliya Avstraliya ilə bacarmayıb
- Zidan Fransada yeni qadağa qoydu – Bərbərlər bazaya buraxılmayacaq
- Dursun Özbekdən Okan Buruka tam dəstək – “27-ci çempionluğa gedirik”
- Almaniya millisində iki ciddi itki – Musiala və Haverts sıradan çıxdı