"Kalyari" "Yuventus"un seriyasına son qoyub
18.01.2026 - 14:25
"Kalyari" "Yuventus"un seriyasına son qoyub

“Yuventus” İtaliya A Seriyasının XXI turunda “Kalyari”yə uduzub.

Apasport.az xəbər verir ki, matç 0:1 hesabıyla başa çatıb. Yeganə qolu Luk Maççiteli vurub.

“Yuventus”un çempionatdakı 6 oyunluq məğlubiyyətsiz seriyası səfərdə pozulub.

Turin təmsilçisi 21 turdan sonra 39 xalla 4-cü sıradadır. “Kalyari” isə 22 xalla 13-cüdür.