Kapitan: “Baş məşqçi bizə hörmətsizlik etdi”
25.11.2022 - 13:37
Kapitan: “Baş məşqçi bizə hörmətsizlik etdi”

Braziliya millisinin kapitanı Tiaqo Silva DÇ-2022-nin qrup mərhələsinin ilk turunda Serbiya ilə keçirilən oyundan sonra rəqibin baş məşqçisi Draqan Stoykoviçin cavabını verib.

Apasport.az saytının məlumatına görə, veteran müdafiəçi Stoykoviçin qarşılaşmadan əvvəl səsləndirdiyi fikrə münasibət bildirib.

Çalışdırıcının “Dörd hücumçu ilə oynayacaqsan? Bəs arxada kim olacaq”, sualına cavab verən Silva bunu hörmətsizlik adlandırıb: “Çox mübahisə etməyi sevmirəm. Amma rəqib baş məşqçinin sözləri hörmətsizlikdir. Bir az hörmət et! Komandamızı öyrənsəydiniz, görərdiniz ki, meydanda nə qədər hücumçu olursa-olsun, oyunlarda 2-3 qol buraxmırıq. Serb baş məşqçi bunu deyəndə bizə hörmət etmədi”.

Qeyd edək ki, Braziliya ilk turda Serbiyanı 2:0 hesabı ilə məğlub edib. “Sambaçılar” növbəti oyununu noyabrın 28-də İsveçrəyə qarşı keçirəcək.

0