Karvahal sıradan çıxdı
02.05.2026 - 15:40
"Real"ın kapitanı Dani Karvahal zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə "kral klubu"nun mətbuat xidməti məlumat yayıb.
İspaniyalı futbolçunun ayaq barmağında sınıq aşkarlanıb.
34 yaşlı sağ cinah müdafiəçisi iki həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Karvahal bu mövsüm "Real"ın heyətində 20 matçda meydana çıxıb.
0
0