
Türkiyə Kubokunda iştirakdan imtina edən klubların durumuna aydınlıq gəlib.
Apasport.az xəbər verir ki, bu barədə TFF-nin prezidenti İbrahim Hacıosmanoğlu yerli mətbuata açıqlama verib.
O, “Kasımpaşa”nın turnirə qatılacağını, “Fənərbaxça”nın isə zaman istədiyini bildirib:
“Fənərbaxça” və “Kasımpaşa”nın Türkiyə Kubokuna qatılmamaq planları vardı. Bu istək səbəbilə onlarla görüşdük. “Fənərbaxça”nın keçən mövsüm aldığı qərar var idi. “Kasımpaşa” isə bu il planlarını yeniləmişdi. İki klubun da durumu eynidir. Görüşümüzdə “Kasımpaşa” xərclərinin çox olduğunu söylədi. Lakin klub Türkiyə futbolunun marka dəyərini düşünərək təklifimizi qəbul etdi. Onlar ölkə kubokuna qatılacaqlar. “Fənərbaxça” prezidenti Ali Koç isə bunu idarə heyəti ilə müzakirə edəcəklərini bildirdi və zaman istədi. İnanıram ki, müsbət qərar verəcəklər”.
- Rafa Silva “Əl-Əhli”nin transfer hədəfindədir
- “Çelsi” Jorjinyo Rutter transferi üçün hərəkətə keçib
- Ederson Premyer Liqaya keçə bilər – “Mançester Yunayted” əsas namizəddir
- Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
- Almaniyalı qapısını tərk edib komanda yoldaşlarına kömək etdi - VİDEO