Kenan Yıldız üzr istədi - “Bu qəbuledilməzdir”
25.06.2026 - 06:20
Kenan Yıldız üzr istədi - “Bu qəbuledilməzdir”

Türkiyə millisinin futbolçusu Kenan Yıldız ABŞ-la oyun öncəsi açıqlamalar verib.

Apasport.az xəbər verir ki, gənc oyunçu DÇ-2026-dakı nəticələrə görə azarkeşlərdən üzr istəyib.

Kenan Yıldız gözləntilərin yüksək olduğunun fərqində olduğunu bildirib:

“Əlbəttə, bizdən gözləntilər böyük idi. Ölkəmiz bizi sonadək dəstəklədi. Türk xalqından üzr istəmək istəyirəm. Bizə dəstək verən bütün azarkeşlərdən üzr istəyirəm. Doğrudan da, bu, qəbuledilməzdi. Ancaq gələcəkdə və növbəti turnirlərdə xalqımızı qürurlandırmaq üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq”.

Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunun son matçında ABŞ-la qarşılaşacaq. Komanda ilk iki turda Avstraliya və Paraqvaya məğlub olub.