Keyn Sançonu geridə qoydu
22.09.2024 - 15:23
Keyn Sançonu geridə qoydu

Harri Keyn daha bir uğura imza atıb.

Apasport.az xəbər verir ki, hücumçu Bundesliqada ən çox qol vuran ingiltərəli futbolçu adına sahib çıxıb.

"Bavariya"nın forvardı buna Almaniya çempionatının 4-cü turunun "Verder"lə matçında (5:0) nail olub. Həmin oyunda vurduğu qol Keynin Bundesliqada 41-ci topu kimi tarixə düşüb. Bununla da o, Ceydon Sançonu geridə qoyub.

"Borussiya"nın futbolçusunun aktivində 118 matçda 40 belə qol var. Harriyə isə 41 top üçün 36 matç kifayət edib.

0