Keyn tarix yazdı - Linekeri geridə qoydu
28.06.2026 - 02:28
İngiltərə millisinin hücumçusu Harri Keyn növbəti rekorda imza atıb.
Apasport.az xəbər verir ki, təcrübəli forvard DÇ-2026-nın Panama ilə oyununda vurduğu qolla dünya çempionatlarında İngiltərə millisinin ən məhsuldar futbolçusu olub.
Beləliklə, Keyn mundiallardakı qol sayını 11-ə çatdıraraq bu göstəricidə əfsanəvi Qari Linekeri (10 qol) geridə qoyub və yeni rekordun sahibi olub.
Qeyd edək ki, Harri Keyn dünya çempionatlarında vurduğu 11 qolu 2018, 2022 və 2026-cı il turnirlərində vurub.
- Yurgen Klopp FIFA prezidentini sərt tənqid etdi – “Blatterdən də pisini bacardı”
- Günün oyunları bu kanallarda - TV AFİŞA
- "Benfika" ulduzunu buraxmır: 5 illik müqavilə
- “Milan” “Real” və “Liverpul”a rəqib oldu – Transfer uğrunda mübarizə qızışır
- Lukakudan Belçika millisinə şad xəbər - Zədəsini sağaltdı
0
0