Kloppun iradı
29.05.2023 - 17:30
Kloppun iradı

“Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Apasport.az saytı xəbər verir ki, ingilislərin 55 yaşlı məşqçisi yeni mövsümdə transfer ediləcək futbolçuları ən qısa zamanda sərəncamında görmək istəyir.

Alman məşqçi iyulun əvvəlinə kimi üç futbolçunun transferini başa çatdırmağı planlaşdırır. O, xüsusilə mərkəz müdafiəçisi, sağ cinah müdafiəçisi və mərkəz yarımmüdafiəçisi ilə müqavilə imzalamaqda israrlıdır. Bundan əlavə, mersisaydlılar irlandiyalı qapıçı Kuivin Kelleherin mümkün gedişi fonunda əvəzedici qapıçı almalı olacaqlar.

Qeyd edək ki, "Liverpul" bu mövsüm Premyer Liqanı 67 xalla 5-ci pillədə başa vurub. "Qırmızılar" gələn mövsüm Çempionlar Liqasında oynamayacaq.

0