Konfrans Liqası: “Qzira” və AEK növbəti mərhələdə
02.08.2023 - 23:53
Konfrans Liqası: “Qzira” və AEK növbəti mərhələdə

Konfrans Liqasının II təsnifat mərhələsidə cavab oyunları baş tutub.

Apasport.az-ın məlumatına görə, AEK və “Qzira” mərhələ adlayıb.

Səfərdən qələbə ilə dönən Kipr təmsilçisi evdə üstünlüyü qoruyub. “Torpedo (Jodino) ilə qarşılaşmada komandalar hərəyə bir dəfə fərqləniblər. Ümumu hesabda 4:3 qalib gələn AEK III mərhələyə yüksəlib.

Maltanın “Qzira” klubu səfərdə uduzsa da, bu, onlara mərhələ adlamağa mane olmayıb. Lüksemburqdakı oyunu 87-ci dəqiqəsində vurulan qol qonaqları cütün qalibi edib. 

Qeyd edək ki, Konfrans Liqasının digər cavab matçları avqustun 3-də keçiriləcək. 

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları
2 avqust


“Düdelanj” (Lüksemburq) – “Qzira” (Malta) – 2:1
İlk oyun – 0:2
AEK (Kipr) – “Torpedo" (Jodino, Belarus) – 1:1
İlk oyun – 3:2
 

0