Konqo prezidentindən Ramoşa: “Bizə uduzub, Dünya Kubokunu qazanacaqsınız”
15.06.2026 - 02:58
Konqo prezidentindən Ramoşa:  “Bizə uduzub, Dünya Kubokunu qazanacaqsınız”

Portuqaliya millisinin hücumçusu Qonsalo Ramoş DÇ-2026-nın açılış oyunu öncəsi maraqlı açıqlama verib.

Apasport.az xəbər verir ki, PSJ-nin forvardı Demokratik Konqo Respublikasının prezidenti ilə söhbətini xatırladıb.

Ramoş Afrika təmsilçisinin rəhbərinin Portuqaliya millisi üçün qeyri-adi proqnoz verdiyini bildirib:

“Demokratik Konqo prezidenti mənə dedi: ‘Bizə qarşı məğlub olacaqsınız, amma Dünya Kubokunu siz qazanacaqsınız’”.

Portuqaliya və Demokratik Konqo milliləri Dünya Kubokunun K qrupunun ilk turunda üz-üzə gələcəklər. Görüş iyunun 17-də, Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək.

Qeyd edək ki, K qrupunda Portuqaliya, Demokratik Konqo, Özbəkistan və Kolumbiya yığmaları mübarizə aparır.

Demokratik Konqo 52 illik fasilədən sonra Dünya Kubokunda iştirak edir. Komanda mundialda sonuncu dəfə 1974-cü ildə çıxış edib.