Konseysaonun gələcəyi müəyyənləşdi - Komandadan göndəriləcək
15.05.2025 - 23:28
Konseysaonun gələcəyi müəyyənləşdi - Komandadan göndəriləcək

“Milan”ın baş məşqçisi Serxio Konseysao mövsümün sonunda klubla yollarını ayıracaq.

Apasport.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Klub rəhbərliyi portuqaliyalı mütəxəssislə yola davam etmək istəmir.

Konseysaonun “rossoneri” ilə müqaviləsi 2026-cı ilin iyun ayına qədər qüvvədədir.

Qeyd edək ki, 50 yaşlı çalışdırıcı bu vəzifəyə 2024-cü ilin dekabr ayında gətirilib.

Komanda A Seriyasında 36 turdan sonra 60 xal toplayıb və turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. "Qırmızı-qaralar" İtaliya Kubokunun finalında "Bolonya"ya uduzub.