“Kopenhagen”in gənc ulduzu “Barselona”nın hədəfində
20.06.2025 - 18:56
“Kopenhagen”in futbolçusu Runi Bardqi karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Apasport.az xəbər verir ki, “Barselona” isveçli vingeri transfer etməkdə maraqlıdır.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Kataloniyalılar Bardqi üçün onun klubu ilə danışıqlara başlayıb.
Vinger ilə “Portu” da yaxından maraqlanır.
Qeyd edək ki, Runi Bardqi 2020-ci ildə “Kopenhagen”in akademiyasına qoşulub.
19 yaşlı isveçli ötən mövsüm Danimarka təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb. Onun klubla müqaviləsi bu ilin sonunda başa çatır.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
0
0