"Kristal Palas" yaponiyalı futbolçu ilə anlaşdı
03.06.2024 - 12:12
"Kristal Palas" yaponiyalı futbolçu ilə anlaşdı

Premyer Liqa təmsilçilərindən "Kristal Palas" İtaliya A seriyasında çıxış edən "Latsio"nun yaponiyalı yarımmüdafiəçisi ilə anlaşıb. 

Apasport.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano məlumat yayıb. 

Mənbənin məlumatına görə, İngiltərə təmsilçisi Daiçi Kamada ilə razılaşıb. 

27 yaşlı yaponiyalı tibbi müayinədən keçdikdən sonra "Kristal Palas"la sözləşməyə imza atacaq. 

Qeyd edək ki, cari mövsümdə 38 matça çıxan yarımmüdafiəçi 2 qol, 2 ötürmə ilə yadda qalıb. 

0