Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən portuqaliyalı ulduz Kriştiano Ronaldo futbol karyerasının sonu ilə bağlı yerli mətbuata açıqlama verib.
Apasport.az xəbər verir ki, 40 yaşlı hücumçu 2026-cı ildə keçiriləcək dünya çempionatının onun üçün “son böyük turnir” olacağını bildirib:
“41 yaşımda bu, karyeramda oynayacağım son böyük turnir olacaq. Futbola hər şeyimi verdim".
Ronaldo 25 illik futbol karyerasına nəzər salaraq qazandığı uğurlardan məmnun olduğunu da vurğulayıb: “25 ildir futboldayam. Hər şeyi etdim. Həm klub səviyyəsində, həm də milli komandada çoxsaylı rekordlarım var. Bununla qürur duyuram. Buna görə də indi sadəcə oyunun dadını çıxarmaq lazımdır".
Qeyd edək ki, Kriştiano Ronaldo Portuqaliya millisinin heyətində 225 oyun keçirib, 143 qol vurub və 46 məhsuldar ötürmə ilə yadda qalıb.