Kurtuanın dönüş tarixi açıqlanıb
25.04.2024 - 16:28
Kurtuanın dönüş tarixi açıqlanıb

La Liqa təmsilçisi "Real Madrid"in qapıçısı Tibo Kurtuanın meydana nə vaxt qayıda biləcəyi məlum olub. 

Apasport.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti danışıb:

"Kurtua özünü yaxşı hiss edir və “Kadis”ə qarşı matçda oynaya bilər". 

Xatırladaq ki, belçikalı qolkiper zədə səbəbindən cari mövümdə debüt edə bilməyib. 

Qeyd edək ki "Real" - "Kadis" görüşü mayın 4-də baş tutacaq.

0