Kvalyarelladan vida
19.11.2023 - 19:23
İtaliya millisinin sabiq forvardı Fabo Kvalyarella aktiv futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Apasport.az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, italiyalı verdiyi qərar haqda bunları deyib:
"Karyeramı dayandırmağa məcburam. İndi azad agentəm, amma fiziki vəziyyətim meydançaya qayıtmaq üçün yaxşı durumda deyil. Bundan sonra hansı yolla irəliləyəcyimi anlamaq üçün vaxtım var".
2007-2019-cu illərdə İtaliya millisinin heyətində 28 matça çıxmış forvard 9 qol vurub. O, “Torino”, “Fiorentina”, “Sampdoriya”, “Udineze”, “Napoli”, “Yuventus” klublarında çıxış edib.
- “Fənərbaxça”dan “Qalatasaray”a sərt ittihamlar – Derbidə qalmaqal
- Mbappenin zarafatı baha başa gəldi – Sponsorlarını itirdi, La Liqa yayımları dayandırıldı
- “Fənərbaxça”nın dördüncü forması bəlli oldu – FOTO
- “Qalatasaray”da derbi qələbəsinə görə 2,5 milyon avroluq mükafat
- Okan Buruk: “Fənər”ə qarşı planlarımız həmişə işə yarayıb”
0
0