Kvaratsxeliyadan “Napoli”yə hüznlü vida - VİDEO
17.01.2025 - 00:57
Xviça Kvaratsxeliya "Napoli" ilə vidalaşıb.
Apasport.az xəbər verir ki, gürcü futbolçu sosial şəbəkə hesabında video paylaşıb.
Videoçarxda onun "Napoli"nin stadionuna səfəri və Dieqo Maradonanın memorialına baş çəkməsi yer alıb. Paylaşımda Xviça bildirib: "Napoli klubuna, şəhərə, azarkeşlərə və Dieqonun xatirəsinə təşəkkür edirəm… Bu sehrli hissləri və birlikdə qazandığımız Skudettonu heç vaxt unutmayacağam!".
Qeyd edək ki, Kvaratsxeliya sabah PSJ ilə rəsmi müqavilə imzalayacaq. "Napoli" bu transferdən 70 milyon avro qazanacaq.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
0
0