La Liqa klubunun üzvü komandanı tərk edəcək
26.05.2025 - 17:17
La Liqa klubunun üzvü komandanı tərk edəcək

İspaniya La Liqası təmsilçilərindən “Valensiya”nın qolkiperi Cavme Domenek mövsümün sonunda komandadan ayrılacaq.

Apasport.az xəbər verir ki, bu barədə futbolçunun özü açıqlama verib.

Klub 35 yaşlı qapıçı ilə yeni müqavilə imzalamayacaq.

Qeyd edək ki, Domenek 2015-ci ildən “Valensiya”nın şərəfini qoruyur. O, bu müddət ərzində komandanın heyətində 122 rəsmi matçda iştirak edib.