La Liqa nəhəngi "Qalatasaray"lı futbolçu ilə maraqlanır
02.01.2025 - 13:53
Super Liqa təmsilçilərindən “Qalatasaray”ın futbolçusu Qabriel Sara “Atletiko”nun transfer siyahısındadır.
Apasport.az “Marca”ya istinadən xəbər verir ki, 25 yaşlı futbolçu mövsümün sonunda İspaniya klubuna keçid edə bilər.
“Atletiko” rəsmiləri indidən Türkiyə klubu ilə danışıqlara başlayıb.
Saranın “Qalatasaray”la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. O, “Sao Paolo” və “Norviç”də oynadıqdan sonra 2024-cü il avqustun 4-də İstanbul təmsilçisi ilə anlaşmışdı.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
0
0