Laportadan Xavi qərarı
28.02.2024 - 19:06
Laportadan Xavi qərarı

“Barselona”nın prezidenti Xuan Laporta Xavi ilə bağlı qərarını verib.

Apasport.az xəbər verir ki, o, çalışdırıcının gələn mövsüm də klubda qalmasını istəyir.

Funksioner mütəxəssisin özünə 2024/25 mövsümündə onu komandanın başında görmək istədiyini bildirib. İspan məşqçinin “Barselona” ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, daha öncə Xavi mövsümün sonunda komandanı tərk edəcəyini açıqlamışdı.

0