“Latsio”dan göndərildi – “Torino”ya rəhbərlik edəcək
05.06.2025 - 17:48
“Latsio”dan göndərildi – “Torino”ya rəhbərlik edəcək

İtaliya A Seriyası təmsilçilərindən “Torino”nun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, komandaya bir müddət əvvəl “Latsio”dan ayrılan Marko Baroni rəhbərlik edəcək.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Torino” 63 yaşlı mütəxəssislə 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb.

Qeyd edək ki, Marko Baroni karyerası ərzində “Leççe”, “Verona”, “Benevento” kimi klublarda da baş məşqçi kimi çalışıb.