"Lautaro "İnter"də çox xoşbəxtdir" - Yeni müqavilə planı
14.12.2023 - 21:30
"Lautaro "İnter"də çox xoşbəxtdir" - Yeni müqavilə planı

“Lautaro "İnter"də çox xoşbəxtdir. Onun müqaviləsini uzatmaq üzərində işləyirik”.

Apasport.az xəbər verir ki, bu sözləri "İnter"in hücumçusu Lautaro Martinezin agenti Alexandro Kamano deyib.

Müştərisinin İtaliya təmsilçisində xoşbəxt olduğunu vurğulayan Kamano “neradzurri” rəhbərliyi ilə görüşlərə davam etdiklərini bildirib. Argentina millisinin də şərəfini qoruyan 26 yaşlı forvardın 2028-ci ilin yayına kimi “İnter”də qalması planlaşdırılır.

Qeyd edək ki, bu mövsüm A seriaysı klubu ilə 21 oyuna çıxan Martinez 16 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

0