Əlçatmaz rekord
28.12.2021 - 12:21
Əlçatmaz rekord

2021-ci ildə bir oyunda ən çox qol vuran futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) il ərzində bir matçda 5 və daha çox qol vuranların siyahısını müəyyənləşdirib.

Cədvələ 7 futbolçu daxil edilib. Onlardan biri 8, biri 6, beşi 5 qola imza atıb.

Estoniyalı Henri Anyer “Payde”nin “Flora-2”ni 14:0 hesabı ilə məğlub etdiyi kubok matçında 8 dəfə fərqlənib. Albaniyalı Mirto Uzuni Macarıstan kubokunda “Ferensvaroş”un “Hatvan”ı 9:0 hesabı ilə yendiyi görüşdə 6 qola imza atıb.

İl ərzində cəmi 5 penta-trik qeydə alınıb. Ceymi Maklaren “Melburn”da, Yuya Osako Yaponiya millisində, Luis Tumey “Lover Hutt”da, Mihael Frey “Standard”da, Mihael Olunqa “Əl-Duhail”də buna nail olub.