Lempard MLS klubu ilə danışıqlara başladı
06.12.2023 - 11:22
Lempard MLS klubu ilə danışıqlara başladı

“Çelsi”nin sabiq baş məşqçisi Frank Lempard karyerasını MLS-də davam etdirməyə yaxındır.

Apasport.az xəbər verir ki, ingiltərəli mütəxəssis “Şarlott”un baş məşqçisi postuna əsas namizədlərdən sayılır.

45 yaşlı çalışdırıcı ilə danışıqlara start verilib. Klub rəhbərliyi “Aston Villa”nın sabiq baş məşqçisi Din Smitlə də danışıq aparır. Şimali amerikalılar bu iki mütəxəssis arasında seçim etməyi planlaşdırır.

Qeyd edək ki, “Şarlott” Şərq Konfransında 9-cu yeri tutub.
 

0