Levandovskidən şok qərar: Millidən imtina etdi
09.06.2025 - 08:19
“Barselona”nın hücumçusu Robert Levandovski Polşa millisində oynamaqdan imtina edib.
Apasport.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Levandovski hazırkı baş məşqçi Mixal Probrejin postunda qalacağı müddətdə millidə oynamayacağını qeyd edib.
Daha əvvəl mütəxəssis kapitanlıq sarğısını Levandovskidən alıb və “İnter”in yarımmüdafiəçisi Pyotr Zelinskiyə verib.
Qeyd edək ki, Levandovski millidə 158 oyunda 85 qol vurub.
- Super Liqada mövsümün ilk məşqçi ayrılığı – Mirel Redoyla yollar ayrıldı
- “Əl-Hilal”dan böyük transfer – Olli Uotkinslə 3 illik müqavilə
- “Liverpul” gələcəyin qapıçısını tapdı – 18 yaşlı futbolçuya 35 milyon avro
- Neymar “Santos”u qadağadan xilas etdi – 2 milyon avro borc ödədi
- Maktomineydən pis xəbər – Əməliyyat oluna bilər
0
0