"Leypsiq" "Bayer"in seriyasına son qoydu
01.09.2024 - 09:51
Almaniya Bundesliqasında II turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə "Bayer" "Leypsiq"lə qarşılaşıb.
Görüş "buğalar"ın qələbəsi ilə nəticələnib - 3:2. Bununla da Xabi Alonsonun yetirmələrinin məğlubiyyətsiz oyunlar seriyası sona çatıb. Komanda ölkə çempionatında 35 matçdan sonra ilk yenilgisini alıb.
Qeyd edək ki, "Bayer" Bundesliqada sonuncu dəfə ötən ilin mayında məğlub olub. Leverkuzenlilər "Bohum" qarşısında aciz qalıb - 0:3.
- Lidholmun ideal "11-liyi" - Barezi, Barezi, Barezi...
- "Real Madrid" Mastantuono ilə bağlı qərar verdi - Argentinalı göndəriləcək
- 64 komandalı dünya çempionatı: FİFA işlərə start verdi
- "Arsenal"dan 90 milyon avroluq transfer - "Nyukasl"ın ulduzu yoldadır
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
0
0