“Leyptsiq” baş məşqçi Martin Demikelisin məşqçilər korpusuna üç yeni köməkçi təyin edib.
Apasport.az xəbər verir ki, bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb.
Demikelisin texniki heyətində Ştefan Buk, Kristian Fil və Mariano Kambursano yer alıb. Buk daha əvvəl Demikelislə “Bavariya”da birlikdə çalışıb. Fil II Bundesliqa klublarında baş məşqçi kimi təcrübəyə malikdir.
Kambursano isə Demikelisin uzun illərdir köməkçisi olub və onunla “River Pleyt”də işləyib.
Klubun idman direktoru Marsel Şefer məşqçilər korpusunun fərqli təcrübəyə malik mütəxəssislərlə gücləndirilməsindən məmnun olduqlarını bildirib.
Qeyd edək ki, məşqçilər korpusunda Yan Tsimmerman və 2015-ci ildən klubda çalışan qapıçılar üzrə məşqçi Frederik Gösslinq də yer alıb.
- Klopp Almaniya iddialarına münasibət bildirdi - “İndi yeri deyil”
- İssa Diop Mərakeşə "həyat verdi" - Matçın oyunçusu seçildi
- Mərakeş Kanadaya rəqib oldu - 1/8 finalın ilk matçı
- Paraqvayda tarixi qələbəyə xüsusi qərar - 30 iyun rəsmi tətil elan edildi
- Noyerdən vida - Almaniya millisində son matçına çıxdı