“Lion”dan müdafiəçi transferi
15.08.2026 - 15:12
"Lion" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, Liqa 1 təmsilçisi "Milan"dan Zakari Atekamini icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
İsveçrəli sağ cinah müdafiəçisi qarşıdakı mövsümü "Lion"un heyətində keçirəcək.
Qeyd edək ki, "Milan" Zakari Atekamini 2025-ci ilin yayında "Yanq Boyz"dan 10 milyon avroya transfer edib. 21 yaşlı futbolçu A Seriyası təmsilçisinin heyətində 29 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu
0
0