“Lion”un futbolçusu “Liverpul” yolunda
21.11.2024 - 11:15
“Lion”un futbolçusu Rayan Çerki karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi “Liverpul”un diqqət mərkəzinə düşüb. Bu barədə “RMC Sport” məlumat yayıb.
“Liverpul” maliyyə problemləri yaşayan Fransa klubuna oyunçu üçün yaxın zamanda təklif göndərəcək. “Lion” Çerki üçün azı 30 milyon avro tələb edir.
Fransalı yarımmüdafiəçi bu mövsüm 11 oyunda 2 qol vurub, 3 məhsuldar ötürmə edib.
0
0