“Liverpul” Kyezanı satır: Qiyməti müəyyənləşdi
28.06.2026 - 17:40
“Liverpul” futbolçusu Federiko Kyeza ilə yollarını ayırmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, bu barədə “Daily Sport” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, yeni baş məşqçi Andoni İraolanın planlarına daxil olmayan 28 yaşlı hücumçu karyerasını davam etdirmək üçün variantları nəzərdən keçirir. Mersisayd klubu italiyalı futbolçunu 10-15 milyon funt sterlinq qarşılığında satmağa hazırdır.
Qeyd edək ki, Kyeza ötən mövsüm Premyer Liqada cəmi bir dəfə əsas heyətdə meydana çıxıb. O, ümumilikdə “Liverpul”un heyətində 36 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq
0
0