"Liverpul" Dominik Soboslayı uzun illər komandada saxlamaq istəyir.
Apasport.az xəbər verir ki, İngiltərə çempionu macarıstanlı futbolçunun müqaviləsinin müddətini uzatmağın planlaşdırır. Bu barədə "Caughtoffside" məlumat yayıb.
Artıq Soboslayla razılıq əldə olunub. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə yaxın günlərdə yeni sözləşmə imzalanacaq.
Qeyd edək ki, "Liverpul" Dominik Soboslayı 2023-cü ilin yayında "Leyptsiq"dən 70 milyon avroya transfer edib. Macarıstan millisinin üzvü bu mövsüm Mersisayd təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir