"Liverpul" Salahın yerinə hücumçu tapdı
23.02.2024 - 14:19
"Liverpul" Salahın yerinə hücumçu tapdı

"Palmeyras"ın heyətində Braziliya çempionatında çıxış edən hücumçu Luis Giyerme İngiltərə Premyer Liqasının top klubuna keçə bilər.

Apasport.az "Todofichajes" portalına istinadla xəbər verir ki, 18 yaşlı futbolçu ilə "Liverpul" maraqlanır. 

Mersisaydlılar misirli Məhəmməd Salahın yerinə braziliyalının namizədliyini nəzərdən keçirir.

Afrikalı hücumçu mövsümün sonunda klubu tərk etməyə yaxındır. Səudiyyə Ərəbistanı çempionatının klubları Salahla maraqlanır.

"Transfrmarkt" portalı braziliyalının dəyərini 17 milyon avro olaraq qiymətləndirir.

0