"Liverpul" və "Mançester Siti" "Real"ın hücumçusunu almaq istəyir
20.03.2024 - 17:17
"Liverpul" və "Mançester Siti" "Real"ın hücumçusunu almaq istəyir

"Mançester Siti" və "Liverpul" İspaniya çempionatında yeni hücumçu tapıb.

Apasport.az "Sport.es" nəşrinə istinadla xəbər verir ki, İngiltərə nəhəngi Braziliya millisinin və "Real Madrid"in hücumçusu Rodriqo ilə maraqlanır.

Fransız Kilian Mbappenin transferindən sonra cənubi amerikalının mövqeyi ciddi şəkildə sarsıla bilər. Bu baxımdan Rodriqo gələn yay komandasını dəyişə bilər.

Daha əvvəl mətbuatda braziliyalını transfer etməkdə "Mançester Yunayted" və "Arsenal"ın da maraqlı olduğu barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, 23 yaşlı Rodriqo 2019-cu ilin yayından "Real Madrid"də çıxış edir. Onun klubla müqaviləsi 2028-ci ilə qədərdir və onun bazar dəyəri 100 milyon avro qiymətləndirilir.

0