La Liqa təmsilçilərindən "Atletik Bilbao"nun hücumameyilli yarımmüdafiəçisi Niko Uilyams "Liverpul"un transfer siyahısındadır.
Apasport.az xəbər verir ki, bu barədə "Todofichajes" portalı məlumat yayıb.
Mənbənin məlumatına görə, mersisaydlılar 22 yaşlı cinah oyunçusunu “Barselona”nın transfer etmək istədiyi Luis Diazın əvəzləyicisi kimi nəzərdən keçirir.
Nikonun bazar dəyəri 70 milyon avro olaraq qiymətləndirilir. Onun "Atletik"lə müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Qeyd edək ki, Uilyams İspaniya çempionatının cari mövsümündə 19 oyun keçirib. Cinah müdafiəçisi 1 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu