"Liverpul"da ciddi itki
23.04.2024 - 20:32
"Liverpul"da ciddi itki

"Liverpul"un hücumçusu Dioqo Jota İngiltərə Premyer Liqasında "Fulhem"lə oyunda (3:1) xəsarət alıb.

Apasport.az xəbər verir ki, bugünkü mətbuat konfransında "qırmızılar"ın baş məşqçisi Yurgen Klopp zədə səbəbindən portuqaliyalının iki həftə yaşıl meydanlardan kənarda qalacağını bildirib.

Qeyd edək ki, Mersisayd təmsilçisi elitanın 34-cü turunda "Everton" səfərinə yollacaq. Görüş aprelin 24-ü saat 23:00-da start götürəcək.  

 

0