İngiltərə Premyer Liqasının 21-ci turunun mərkəzi oyununda Londonun “Arsenal” və “Liverpul” komandaları qolsuz heç-heçə edib.
Apasport.az xəbər verir ki, görüş mersisaydlılar üçün nadir statistik göstərici ilə yadda qalıb.
“Opta Analyst”in məlumatına görə, “qırmızılar” Premyer Liqada 16 ildən sonra ilk dəfə bir oyunu qapıya heç bir zərbə vurmadan başa vurub. Bu hal sonuncu dəfə 2010-cu ilin martında “Liverpul”un “Uiqan Atletik”ə 0:1 hesabı ilə məğlub olduğu qarşılaşmada yaşanmışdı.
“Emirates” stadionunda qeydə alınan heç-heçədən sonra Arne Slotun komandası turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Qeyd edək ki, “Liverpul” hazırkı Premyer Liqa çempionudur.