"Liverpul"dan növbəti transfer rekordu
01.09.2025 - 14:55
"Liverpul"dan növbəti transfer rekordu

Premyer Liqa təmsilçisi "Liverpul" bu yay növbəti transfer rekordunu qırmaq üzrədir.

Apasport.az xəbər verir ki, "qırmızılar" Aleksandr İsak transferi üçün "Nyukasl" ilə razılıq əldə edib.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Tərəflər arasında razılaşdırılan transfer məbləği bonuslarla birgə 150 milyon avrodur.

İsveçli futbolçu hazırda tibbi yoxlanışdan keçmək və müqaviləni imzalamaq üçün Enfilddədir.

25 yaşlı oyunçu ilə 2031-ci ilə qədər müqavilə imzalanacaq.

Qeyd edək ki, "Liverpul" bundan öncə 125 milyona avroya Florian Virtsi heyətinə qataraq Britaniya futbolu tarixinin "Çelsi"yə məxsus olan 121 milyon avroluq (Enzo Fernandes) transfer rekordunu qırmışdı.