“Liverpul”un müdafiəçisi ölkəsinə qayıda bilər
31.10.2025 - 00:32
“Liverpul”un müdafiəçisi Endryu Robertson karyerasını doğma ölkəsində davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 31 yaşlı futbolçu ilə Şotlandiyanın “Seltik” klubu maraqlanır.
Bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Məlumata görə, “Seltik” mövsümün sonunda “Liverpul”la müqaviləsi başa çatacaq Şotlandiya millisinin üzvünü yay transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır.
Qeyd edək ki, Robertson cari mövsümdə “Liverpul”un heyətində 9 oyuna çıxıb, 1 qol vurub və 1 qolun ötürməsini verib.
- Futbolla vidalaşacağı deyilən Musiala ilə bağlı “Bavariya”dan açıqlama
- “Şaxtyor” ev oyunlarını Türkiyədə keçirə bilər – Arda Turan amili
- “Qalatasaray”ın matçı hansı kanalda? - TV AFİŞA
- Şir axtarışı İngiltərə mətbuatında: “Qalatasaray”ın stadionuna yaxındır"
- Emeri: “Meydanın vəziyyəti bəhanə olmamalıdır”
0
0