Ələskərovlu “Bursaspor” heç-heçə ilə təhlükəli zonadan çıxdı
11.02.2022 - 21:57
Ələskərovlu “Bursaspor” heç-heçə ilə təhlükəli zonadan çıxdı

Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyədə növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, 27 yaşlı forvardın komandası “Bursaspor” TFF I Liqasında XXIV tur matçına çıxıb.

Bursalılar turnir cədvəlinin yuxarı pillələrində qərarlaşan “Samsunspor”un qonağı olub. Birinci hissənin sonlarında Samsun təmsilçisi hesabı açsa da, “Bursaspor” Joao Pedronun 54-cü dəqiqədə vurduğu qolla status-kvonu bərpa edib.

Nəticədə görüş 1:1 hesabı ilə yekunlaşıb. Start heyətində meydana çıxan Ələskərov isə 81-ci dəqiqədə əvəzlənib.

Bu bərabərlik sayəsində xallarının sayını 24-ə çatdıran “Bursaspor” təhlükəli zonanı tərk edərək, turnir cədvəlində 15-ci pilləyə yüksəlib.