Luçeskudan yeni rekord
28.03.2026 - 18:52
Luçeskudan yeni rekord

Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku yeni rekorda imza atıb.

Apasport.az xəbər verir ki, o, milli komandalar tarixində ən yaşlı məşqçi olub.

Luçesku DÇ-2026-nın seçmə mərhələsinin Türkiyə ilə pley-off matçında (0:1) yığmaya 80 yaş 7 aylıqda rəhbərlik edib.

Qeyd edək ki, o, Ukraynada "Şaxtyor" və "Dinamo" Kiyev, Rusiya və Türkiyə klublarında çalışıb.