Luis Suares: “O, karyeramın ən yaxşı məşqçisidir”
01.10.2022 - 22:26
Luis Suares: “O, karyeramın ən yaxşı məşqçisidir”

“Luis Enrike karyeramın ən yaxşı məşqçisidir”.

Apasport.az saytının məlumatına görə, bunu Uruqvay millisinin hücumçusu Luis Suares deyib.

Hazırda ölkəsində “Nasional”ın formasını geyinən 35 yaşlı forvard vaxtilə rəhbərliyi altında oynadığı, hazırda İspaniya millisini çalışdıran Luis Enrikeni fərqləndirib: “İspaniya millisi onun başçılığı altında dünya çempionatında qələbəyə iddialılardan biridir. Söhbət oyunçuların keyfiyyətindən və baş məşqçidən gedir. Luis Enrike kollektivə fikirlərini çatdırmaq bacarığına görə bir nömrədir”.

Qeyd edək ki, Luis Suares 2014-2017-ci illərdə Luis Enrikenin rəhbərliyi altında “Barselona”da oynayıb.

0