Luis Suarez karyerasını bu klubda bitirəcək
16.02.2024 - 13:45
Luis Suarez karyerasını bu klubda bitirəcək

"Liverpul"un və Kataloniya "Barselona"sının sabiq hücumçusu, indi isə "İnter Mayami"nin oyunçusu Luis Suarez karyerasını hansı klubda bitirəcəyinə qərar verib.

Apasport.az xəbər verir ki, bu barədə "Goal" portalı məlumat yayıb. 

“Karyeramdakı son klubum “İnter Mayami” olacaq. Bütün ailəm və dostlarım bu barədə bilirlər. Gediş tarixini hələ bilmirəm, amma bu son zəngdir. Mən bunun üçün hazıram”, –  deyə uruqvaylı hücumçu bildirib.

Xatırladaq ki, Suarez yanvarın əvvəlində Amerika klubuna keçmişdi. Təcrübəli qolçu "İnter Mayami" ilə bu ilin sonuna kimi qısamüddətli müqavilə imzalayıb. Müqavilədə onun bir mövsüm uzadılması variantı var.

0