Lukman addım-addım “Fənərbaxça”ya - RAZILAŞMA ƏLDƏ OLUNUB
31.01.2026 - 01:44
Lukman addım-addım “Fənərbaxça”ya - RAZILAŞMA ƏLDƏ OLUNUB

"Atalanta"nın futbolçusu Ademola Lukman karyerasını Türkiyədə davam etdirəcək.

Apasport.az xəbər verir ki, 28 yaşlı vinger "Fənərbaxça" ilə anlaşıb.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Razılaşmaya əsasən, İstanbul təmsilçisi bu keçid üçün qarşı tərəfə 35+5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Nigeriya millisinin üzvü bu mövsüm "Atalanta"nın heyətində meydana çıxdığı 19 rəsmi matçda 3 qol və 2 assistlə yadda qalıb.